DÜNYA


“Facebook” bir dildən başqa dilə birbaşa tərcümə etməyi öyrənib

Bakı, 20 oktyabr, AZƏRTAC

"Facebook" bir dildən başqa dilə birbaşa tərcümə etməyə imkan verən yeni maşın tərcümə sisteminin hazırlanmasını elan edib. Məlumata görə, gündəlik yalnız "xronikada" avtomatik tərcümə funksiyasından 20 milyard dəfədən çox istifadə edilir.

AZƏRTAC xəbər verir ki, bundan əvvəl "Facebook" ingilis dilindən vasitəçi kimi istifadə edirdi, yəni Çin dilində yazılmış cümlə əvvəlcə ingilis dilinə, daha sonra isə rus dilinə tərcümə edilirdi, bu da tərcümənin ümumi dəqiqliyini aşağı salırdı.

Şirkətdən verilən məlumata əsasən, yeni "M2M-100" sistemi 100 dildə birbaşa ikitərəfli tərcümə etməyə imkan verən ilk çoxdilli maşın tərcümə modelidir.

"M2M-100" sisteminin öyrədilməsi üçün 7,5 milyard cümlədən çox böyük məlumat həcmi toplanılıb. Mətnlər həm "Facebook", həm də internetdən götürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.