CƏMİYYƏT


Faktiki hava şəraiti: Leysan yağış nəticəsində Əyriçay Başdaşağıl, Balakənçay və Talaçaydan sel keçib

Bakı, 8 sentyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 8-i saat 12:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Lənkəran-Astara və Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub, leysan yağış nəticəsində Əyriçay Başdaşağıl (Oğuz), Balakənçay və Talaçaydan (Zaqatala) sel keçib. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağışın miqdarı Lənkəranda 71 (aylıq normanın 42 faizi), Astarada 59 (aylıq normanın 30 faizi), Lerikdə 40 (aylıq normanın 58 faizi), Kişçayda (Şəki) 39 (aylıq normanın 37 faizi), Şinçayda (Şəki) 32 (aylıq normanın 47 faizi), Yardımlıda 29 (aylıq normanın 37 faizi), Əyriçay Başdaşağılda (Oğuz) 27 (aylıq normanın 37 faizi), Şəkidə 25 (aylıq normanın 37 faizi), Qubada 20 (aylıq normanın 32 faizi), Zaqatalada 18, Qusarda 14 (aylıq normanın 29 faizi), Sarıbaşda (Qax) 13, Şahdağda 11, Nabranda 10, Balakən, Qrızda 7, Xınalıqda 6, Şabranda 5, Xaltan, Altıağacda 3, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Şirvan, Göytəpə, Kəlvəz, Yevlaxda 1 millimetrədək olub.

Bakıya və Abşeron yarımadasına gəlincə isə Maştağaya 2, Binə və Bakıya 1 millimetrədək yağıntı düşüb.

Şimal-qərb küləyi əsəcək, arabir Naftalanda 28 metr/saniyə, Tərtər, Salyanda 25, Ağdamda 22, Neftçala, Hacıqabul, Şirvanda 20, Gəncədə 18, Şəmkir, Şabran, Xaçmazda 16, Bakıda 28, Sumqayıtda 25, Ələtdə 24, Qum adasında 23, Binədə 21, Pirallahıda 20, Maştağa, Çılov adası, Neft Daşlarında 19 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan yağıntılı, küləkli hava şəraiti sentyabrın 9-dan sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.