DÜNYA


“Falcon 9” daşıyıcı raketinin tarixi uçuşunu minlərlə insan izləyib VİDEO

“Falcon 9” daşıyıcı raketinin tarixi uçuşunu minlərlə insan izləyib  VİDEO

Bakı, 31 mart, AZƏRTAC

Telekommunikasiya peykini daşıyan “Falcon 9” raketi ABŞ-ın Kanaveral burnundakı kosmodromdan fəzaya buraxılıb. Raketin birinci pilləsinin təkrarən kosmosa yollandığı tarixi uçuşu dünyada minlərlə insan izləyib.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, havaya qalxdıqdan 9 dəqiqə sonra birinci pillə mütəxəssislərin nəzarəti altında Atlantikadakı platformaya enib. Ötən ilin aprelində bu daşıyıcı raket Beynəlxalq Kosmik Stansiyaya yük aparan “Dragon” kosmik gəmisini orbitə çıxarmışdı. Raketin çoxsaylı istifadəsi layihəsi ilə “SpaceX” kompaniyası məşğul olur. Bu texnologiya kosmosa uçuşları nəzərə çarpacaq dərəcədə ucuzlaşdırmalıdır.

“SpaceX” kompaniyasının sahibi İlon Mask “Falcon 9” raketinin birinci pilləsinin təkrar uçuşunu və geri dönməsini sənaye inqilabı adlandırıb.

Xatırladaq ki, bir qədər əvvəl amerikalı milyarder gələn il iki kosmik turisti Aya göndərməyi vəd edib. Uçuş üçün ödənilən məbləğ və səyahətçilərin adları məxfi saxlanılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.