İQTİSADİYYAT


Fatih Birol: Bu il qlobal neft tələbatı sutkada ən azı 1 milyon barrel artacaq

Bakı, 23 yanvar, AZƏRTAC

Cari ildə qlobal neft tələbatı gündəlik ən azı 1 milyon barrel artacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol Davosda Dünya İqtisadi Forumu zamanı deyib. O bildirib ki, Çinin tələbatına dair qeyri-müəyyənlik davam edir. ABŞ-da isə daha çox şist nefti istehsal olunacaq. Birləşmiş Ştatların mayeləşdirilmiş təbii qaz (LNG) ixracı kəskin artır. Hazırda Yaponiya dünyanın ən böyük təbii qaz idxalçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.