İQTİSADİYYAT
Fatih Birol: Neft bazarında böyük həcmdə struktur tədarük bolluğu var
Bakı, 7 aprel, AZƏRTAC
Neft bazarında böyük həcmdə struktur tədarük bolluğu var və bunun həlli tapılacaq.
AZƏRTAC “Financial Times”a istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
O bildirib ki, COVID-19 virusu səbəbindən neft bazarında böyük həcmdə struktur tədarük bolluğu var. Bu tədarük bolluğu qlobal iqtisadiyyatın sabitliyinə və sənayedə milyonlarla işçinin məşğulluğuna əhəmiyyətli dərəcədə təsir göstərəcək səviyyəyə çatıb. G20-nin əsas vəzifəsi dünya bazarlarının maliyyə və iqtisadi sabitliyini qorumaqdır.
Qeyd edək ki, G20 qrupuna sədrlik edən Səudiyyə Ərəbistanının və Beynəlxalq Enerji Agentliyinin təşəbbüsü ilə aprelin 10-da G20 enerji nazirlərinin videokonfrans formatında fövqəladə iclasının keçirilməsi nəzərdə tutulur. İclasda enerji bazarında sabitliyi təmin etmək üçün atılacaq addımlar müzakirə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]