İDMAN


“Fəcr kuboku” festivalında Azərbaycanı iki şahmatçı təmsil edəcək

Bakı, 4 fevral, AZƏRTAC

Fevralın 5-də Tehranda 27-ci “Fəcr kuboku” şahmat festivalının “Masters” turniri start götürəcək.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanı Azər Mirzəyev və Sərxan Quliyev təmsil edəcəklər.

Yarışlarda 21 ölkədən 128 şahmatçı (18 qrossmeyster) mübarizə aparacaq. İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq “Masters” turnirinə fevralın 11-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.