REGİONLAR
Fəhlə işlədiyi evdən oğurluq edən şəxs saxlanılıb
İsmayıllı, 9 sentyabr, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağıbaş kəndində Mitəlov İlqar Rustam oğlunun fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, evdən 2 ədəd qızıl qadın üzüyü, 1 ədəd üzərində klonu olan qızıl boyunbağı və 35 manat məbləğində nağd pulu oğurlanıb. Oğurluqda şübhəli bilinən şəxs – fərdi yaşayış evində fəhlə işləyən İsmayıllı rayon sakini Ağayev Elçin İsaməddin oğlu müəyyən edilərək istintaqa cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Elçin Ağayev əvvəllər də eyni maddə ilə məhkum olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]