REGİONLAR
Fələstinin ölkəmizdəki səfiri: Astara və Lənkərandan xoş təəssüratlarla ayrılırıq
Lənkəran, 28 noyabr, Bağır Əliyev, AZƏRTAC
Biz Astara və Lənkəran rayonlarından xoş təəssüratlarla ayrılırıq. Azərbaycanın cənub bölgəsində gördüyümüz inkişaf burada yaşayan insanların firavanlığı üçün vacib şərtdir.
Bu sözləri Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Səfərin çox maraqlı keçdiyini vurğulayan diplomat bildirib: “Səfər zamanı bölgədəki inkişafı öz gözlərimizlə gördük. İnanıram ki, bu səfərdən sonra hər bir səfir ikitərəfli münasibətlər çərçivəsində bölgə ilə əlaqələrin qurulmasına, müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfəsini verəcək”.
Mehribanlığa və qonaqpərvərliyə görə astaralılara və lənkəranlılara təşəkkürünü bildirən diplomat səfərin təşkilatçılarına da minnətdarlığını ifadə edib.