İQTİSADİYYAT


Feliksis Dobrovolskis: Azərbaycan beynəlxalq tənzimləyicilər şəbəkəsinin fəal üzvüdür

Dubay, 3 noyabr, AZƏRTAC

Şərq Tərəfdaşlığı layihəsinin iştirakçılarından biri olan Azərbaycan beynəlxalq tənzimləyicilər şəbəkəsində, həmçinin başqa sahələrdə, xüsusən informasiya-kommunikasiya texnologiyaları sferasında fəal ölkədir.

Litvanın ötürücü şəbəkələrinin tənzimləyicisinin rəhbəri Feliksis Dobrovolskis bu fikri Beynəlxalq Telekommunikasiyalar İttifaqının bu günlərdə Dubayda keçirilən Səlahiyyətli Konfransında AZƏRTAC-a müsahibəsində söyləyib. Dubayda oktyabrın 31-də başlamış və noyabrın 16-dək davam edəcək forumun işində Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbəri Ramin Quluzadə başda olmaqla ölkəmizin nüfuzlu nümayəndə heyəti də iştirak edib.

Feliksis Dobrovolskis informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ölkəmizin uğurlarından söhbət açaraq deyib ki, Bakıda hər il keçirilən “Telekommunikasiyalar, innovasiyalar və yüksək texnologiyalar” mövzusunda beynəlxalq sərgi və konfrans “bazar üçün yaxşı siqnaldır”. O vurğulayıb: “Litva şirkətlərinin də iştirak etdiyi bu sərgidə Azərbaycanın uğurları nümayiş etdirilir. Mübaliğəsiz deyə bilərəm ki, sizin ölkəniz düzgün istiqamətdə irəliləyir və bu yolda dayanmamaq, hamımızın müşahidə etdiyimiz inkişaf sürətini saxlamaq çox vacibdir”.

Feliksis Dobrovolskis cəmi 5 ildə Azərbaycanın üç peykinin buraxılmasını çox mühüm hadisə adlandıraraq deyib: “Əlamətdar haldır ki, sizin ölkəniz dünya kosmik klubunun üzvü olub”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.