İDMAN
Felipe Massa: Formula E yürüşündə qələbə şansı olan çoxdur
Bakı, 13 dekabr, AZƏRTAC
2017-ci ildə Formula 1 yürüşündə karyerasını başa çatdıran Felipe Massa qarşıdakı uik-enddə “Venturi” komandasının tərkibində Formula E yarışlarında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Felipe elektrik bolidləri seriyasında iştirakının səbəblərini açıqlayıb. O deyib: “Formula E yürüşündə məni cəlb edən bir çox pilotların qələbəyə şanslı olmasıdır. Ümidvaram ki, mən də onların arasında olacağam. Zənnimcə, bu yarışlarda mübarizə Formula 1-dən də maraqlı keçir”.
Pilot əlavə edib ki, onun bu yürüşü seçməsinin digər səbəbi üçillik kontrakt təklifi almasıdır. “Mən yürüşlərdə hələ bir neçə il də iştirak edə bilərəm və karyeramı bitirməzdən öncə bundan böyük zövq alacağam. Qarşıdakı mövsümdə mənə tanış olmayan traslarda çıxış edəcəyəm. Monako istisna olmaqla, oralarda konfiqurasiyaların yarısı mənə məlumdur. Batareyaların iş xüsusiyyətləri, yürüş vaxtı onlardan istifadə edilməsi qaydası ilə də tanış olmalıyam. Onları necə qənaətlə işlətməyi və hücuma keçdikdə hansı səviyyədə istifadəsini öyrənməliyəm. İlk yürüşdə daha nələri öyrənəcəyimi görəcəyik, amma bu maşının sükanı arxasında ilk dəfə əyləşdikdən sonra bir çox vərdişlər əldə etmişəm. Sınaq yürüşləri yaxşı keçib və indi ən əhəmiyyətli olan yarış mərhələsi başlayır”, deyə Massa sözlərinə yekun vurub.