ELM VƏ TƏHSİL


Fənn müsabiqələri və məntiq olimpiadasının final mərhələsində 7 minədək məktəbli iştirak edib

Bakı, 16 may, AZƏRTAC

Ölkə üzrə 25 müxtəlif mərkəzdə məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilib.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, hər 2 müsabiqə üzrə ümumilikdə 6985 nəfər (fənn müsabiqəsi - 4510, məntiq olimpiadası - 2475 nəfər) final mərhələsində iştirak hüququ əldə edib.

Müsabiqələrin nəticələri mayın 23-dən etibarən portal.edu.az və olimpiada.edu.az saytları vasitəsilə elan ediləcək. Müsabiqələrin keçirilməsində əsas məqsəd yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.