İQTİSADİYYAT


Fərhad Dejpəsənd : Cari ilin 6 ayında İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2,2 dəfə artıb

Tehran, 11 avqust, AZƏRTAC

Cari ilin ilk 6 ayı ərzində İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2,2 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd deyib.

Nazir bildirib ki, İran ilə Azərbaycan arasında iqtisadi sahədəki əlaqələr yüksələn xətt ilə inkişaf edir. Onun sözlərinə görə, qeyd olunan dövr ərzində ticarət dövriyyəsi ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən İran müəssisələrinin sayında da artım müşahidə edilib.

“Bu gün Azərbaycan bazarında 1371 İran müəssisəsi fəaliyyət göstərir”,-deyən F.Dejpəsənd yaradılan birgə müəssisələrə də toxunub. Qeyd olunub ki, Neftçaladakı avtomobil zavodu fəaliyyətini uğurla davam etdirir. Zavodun istehsal etdiyi maşınlar yerli və xarici bazarlara çıxarılır. Bakı yaxınlığındakı Pirallahı qəsəbəsində əczaçılıq zavodunun tikintisi davam etdirilir və bu birgə müəssisə də uğurla fəaliyyət göstərəcək.

Nazir bildirib ki, iki qonşu və dost dövlətlər olan İran ilə Azərbaycan arasında nəqliyyat, enerji və kənd təsərrüfatı sahələrində də geniş əməkdaşlıq əlaqələri mövcuddur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.