Fərhad İsmayılov: Stolüstü tennisçilərimizin öz potensiallarından maksimum istifadə etmələrinə çalışırıq
AzerTAg.az
Bakı, 10 sentyabr, Leyla Qurbanova, AZƏRTAC
Sentyabrın 12-də stolüstü tennis üzrə respublika turniri keçiriləcək. Yarış Şəki Olimpiya İdman Kompleksinin ərazisində açıq havada təşkil ediləcək. Bu, pandemiya dövründə ilk yarışımızdır. Komandamız uzun müddət yarışlardan kənarda qalıb. Eyni zamanda, yarışın açıq havada təşkili bir qədər çətinlik yaradır. Çalışacağıq ki, stolüstü tennisçilərimiz turnirdə öz potensiallarından maksimum istifadə etsinlər.
Bu sözləri stolüstü tennis üzrə yığma komandanın məşqçisi Fərhad İsmayılov AZƏRTAC-a müsahibəsində deyib.
Məşqçi qeyd edib ki, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunacaq yarışda yalnız region komandaları iştirak edəcəklər. Yarışda Bakı və Sumqayıt təmsilçiləri iştirak etməyəcəklər. Turnirə Şəki və ətraf rayonlardan stolüstü tennisçilər qatılacaqlar.

Xəbərin mətnində orfoqrafik səhv var