MƏDƏNİYYƏT


Fərqli janr və nostalji mahnılar Nəzakət Teymurovanın ifasında...

Bakı, 7 iyun, AZƏRTAC

Növbəti konsertimdə tam fərqli repertuarla çıxış edəcəyəm. Dinləyicilər, demək olar ki, heç vaxt ifa etmədiyim mahnıları eşidəcəklər.

Bunu Xalq Artisti Nəzakət Teymurova iyunun 20-də Yaşıl Teatrda keçiriləcək konserti ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib. Xanəndə söyləyib ki, konsertdə ifa edilən mahnıların əksəriyyəti Rəşid Behbudov, Yalçın Rzazadə və Flora Kərimovanın repertuarından bəstələr və aşıq mahnıları olacaq. O deyib: “Səhnədə 15 nəfərlik heyətlə çıxış edəcəyik. Bu vaxtadək bir çox konsertlərim və kamera orkestri ilə çıxışlarım olub. Bu dəfə isə milli estradaya üstünlük vermişik. Nostalji mahnılar yeni tərzdə təqdim olunacaq”.

Konsertdə duet ortağının olub-olmayacağı ilə bağlı danışan N.Teymurova bildirib ki, bu dəfə səhnədə əvvəldən axıradək özü tək çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.