İDMAN


“Ferrari” azarkeşi: Ümid edirəm “Mercedes” Bakıda məğlub olacaq

Bakı, 26 aprel, AZƏRTAC

Bakıda Formula 1 yarışını izləmək unudulmaz hissdir. Qran-Pri əla təşkil olunub. Azərbaycan yüksək təşkilatçılıq qabiliyyətinə malik ölkədir.

Bu sözləri Formula 1 SOCAR Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gələn Cənubi Afrika Respublikasından olan turist Neon Marabi AZƏRTAC-a müsahibəsində deyib.

Uzun illərdir Formula 1 yarışlarını izlədiyini deyən N.Marabi “Ferrari” komandasının azarkeşi olduğunu bildirib: “Bakıya valeh oldum. Cənubi Afrika Respublikasından buraya uzun yolu qət edib gəlməyə dəyər. Ümid edirəm ki, Bakı bir azarkeş kimi mənə uğurlu olacaq. “Mercedes” komandası uduzacaq, “Ferrari” isə podiumda yer alacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.