MƏDƏNİYYƏT


Festival çərçivəsində növbəti konsert

Bakı, 16 oktyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə ithaf olaraq “100 ilin sərvəti” adlı konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsert proqramında Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti çıxış edib. Leyla Baxışova, Emin İsmayılov, Fidan Məmmədzadə, Ruslan Persan, Sübhan Rüstəmov, Lalə İbrahimova və başqalarının ifasında dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.

Tədbir tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.