MƏDƏNİYYƏT


Festival iştirakçısı: Şuşa çox gözəl və tarixi şəhərdir

Şuşa, 7 may, AZƏRTAC

Azərbaycanın zəngin və çeşidli mətbəx nümunələri, yüksək qonaqpərvərlik ənənələri olduğunu çox eşitmişdim. Buraya gəldikdən sonra bunun bir daha şahidi oldum. Azərbaycanın bir çox yerləri kimi Şuşa da çox gözəl və tarixi şəhərdir. İşğaldan azad edilmiş bu şəhərdə qısa müddət ərzində aparılan bərpa və yenidənqurma işlərinin sürətlə davam etməsi Şuşanın Azərbaycan üçün nə qədər əhəmiyyət daşıdığının göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dominikan Respublikasından olan ekspert Samuel Arturo Mendez deyib.

Ekspert Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalının çox gözəl təşkil edildiyini bildirib. "Bu festivalın yüksək səviyyədə təşkilatçılığına görə Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinə minnətdarlığımı bildirirəm. Hər şey çox gözəldir. On bir ölkənin və Azərbaycanın bölgələrinin kulinarları burada öz ölkələrinin milli xörəklərini hazırlayırlar. Azərbaycan mətbəxinin təamları çox dadlıdır. Milli mətbəxiniz dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Tam səmimiyyətlə deyirəm ki, bunu Azərbaycanın qonağı olan və bu nemətlərdən dadan hər bir kəs təsdiq edə bilər. Burada olduğum üçün çox şadam".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.