İDMAN


Festivalın voleybol yarışlarında üçüncü yer uğrunda oyunda Türkiyə və İtaliya milliləri qarşılaşırlar

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarının sonuncu günündə qızlardan və oğlanlardan ibarət milli komandaların final və üçüncü yer uğrunda qarşılaşmalarına start verilib.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən qızların yarışında ilk oyunda Türkiyə və İtaliya milliləri bürünc medallar uğrunda görüşürlər.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qızların mübarizəsində isə Ukrayna və Bolqarıstan yığmaları 7-8-ci yerlər üçün meydana çıxıblar.

Ümumiyyətlə, festivalın voleybol yarışlarının beşinci günündə həm qızların, həm də oğlanların yarışlarının hər birində dörd matç oynanılacaq.

Qızların mübarizəsində finalda Rumıniya və Rusiya komandaları qızıl medallar, Belarus seçməsi Almaniya ilə 5-6-cı yerlər uğrunda güclərini sınayacaqlar.

Oğlanların mübarizəsində voleybolçularımız qrup mərhələsində uduzduqları Almaniya ilə 7-8-ci, Bolqarıstan isə Çexiya ilə 5-6-cı yerlər üçün qarşılaşacaqlar. Bürünc mükafat uğrunda görüşdə Belarus millisi Rusiya ilə oynayacaq.

Festivalın finalında İtaliyanın kişilərdən ibarət voleybol komandası Belçikanı sınağa çəkəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.