İQTİSADİYYAT


Fevralda “AtaBank”ın aktivləri 26,7 faiz artmışdır

Bakı, 16 mart (AZƏRTAC). “AtaBank” ASC-nin 2013-cü il fevral ayının maliyyə təsərrüfat fəaliyyətinin nəticələri uğurlu olmuşdur.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, ötən ilin fevralı ilə müqayisədə aktivlər 26,7 faiz və ya 60,8 milyon manat artaraq 289 milyon manat, ümumi kredit portfeli 25,8 faiz və ya 39,4 milyon manat artaraq 191,8 milyon manat təşkil etmişdir.

Hesabat tarixinə bankın depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunmuşdur. Belə ki, bu göstərici 28,2 faiz və ya 53,8 milyon manat artaraq, 244,3 milyon manata çatmışdır. Nizamnamə kapitalı 11,9 faiz və ya 3 milyon manat artaraq 28 milyon manat olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.