İQTİSADİYYAT


Fevralda ölkədaxili nağdsız əməliyyatların həcmində artım olub

Fevralda ölkədaxili nağdsız əməliyyatların həcmində artım olub

Bakı, 30 mart, AZƏRTAC

Fevralda ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artıb.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, 2023-cü ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2877 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2252 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 621 milyon manatı POS-terminallar, 2,9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. Fevral ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 50,9 faizini təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.