CƏMİYYƏT


Fevralın son günlərində ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın son günlərində ölkə ərazisində hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi gözlənilir.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

G.Məmmədovanın sözlərinə görə, həm Bakıda və Abşeron yarımadasında, həm də bölgələrdə arabir güclənən cənub-qərb küləyinin üstünlüyü müşahidə olunacaq.

Qeyd edək ki, fevralın 27-də Bakıda və Abşeron yarımadasında 9-12°, bölgələrdə 12-17° isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.