DÜNYA


Filippin Prezidenti: Maravi şəhəri terrorçulardan azad edilib

Tokio, 18 oktyabr, AZƏRTAC 

Filippin Prezidenti Rodriqo Duterte Mindanao adasında yerləşən Maravi şəhərinin oktyabrın 17-də terrorçulardan azad olunduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, R.Duterte “Əbu-Səyyaf” qruplaşmasının lideri İsnilon Hapilonun həlak olması barədə xəbər təsdiq edildikdən bir gün sonra Maravi şəhərinə gəlib. “Əbu-Səyyaf” qruplaşması İŞİD terrorçularına sədaqət andı içib.

Maravidə hərbi qulluqçular qarşısında çıxış edən R.Duterte bildirib ki, indi şəhərin bərpasına başlanılacaq.

Bununla yanaşı, təqribən 30 yaraqlının yerli sakinləri hələ də girov saxladığını bildirən hərbçilər mübarizənin davam etdiyini deyiblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.