DÜNYA


Filippində “Noru” tufanı nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

Tokio, 4 oktyabr, AZƏRTAC

Filippinin Luson adasına çatan “Noru” tufanı nəticəsində 12 nəfər ölüb, 67 nəfər ciddi xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Filippinin Risklər Barədə Xəbərdarlıq və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli Şurasının oktyabrın 4-də dərc etdiyi məlumatda qeyd edilir.

Vurğulanır ki, fəlakət zonasından təxliyə edilən 46 mindən çox insan hələ də 23 təxliyə mərkəzində qalır. Ümumilikdə 91 mindən çox insanın əvvəlcədən evlərini tərk etdiyi bildirilir. Beş nəfər isə itkin düşmüş sayılır. Təbii fəlakətin ümumilikdə 1 milyondan çox insana zərər vurduğu qeyd edilir.

Tufanın 52 mindən çox evə ziyan vurduğu, 8 minə yaxın evi isə tamamilə dağıtdığı qeyd edilir. Ümumilikdə 43 infrastruktur obyektinə 304,2 milyon peso (5,17 milyon dollar) ziyan dəydiyi, 46 yolun, 18 körpünün zərər çəkdiyi bildirilir. Ölkənin 117 şəhərində elektrik enerjisinin verilişinin kəsildiyi, onlardan 100-də artıq bərpa olunduğu barədə məlumat var.

Ölkənin 734 məktəbində dərslər, 771 bələdiyyədə isə müəssisələrin fəaliyyəti dayandırılıb. Hazırda 43 şəhərdə təbii fəlakət rejimi qüvvədədir. Hökumət tərəfindən maliyyə yardımı üçün 81,3 milyon peso (1,37 milyon dollar) vəsait tələb olunduğu qeyd edilir.

Bununla yanaşı, ölkənin kənd təsərrüfatına 2,94 milyard peso (49,9 milyon dollar) zərər dəydiyi bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.