DÜNYA


Filippində tam peyvənd olunmayanlar daxili aviareyslərə buraxılmayacaqlar

Tokio, 16 yanvar, AZƏRTAC

Yanvarın 17-dən başlayaraq, Filippində COVID-19-a qarşı tam peyvənd olunmayanlar daxili aviareyslərə buraxılmayacaqlar.

AZƏRTAC Filippin KİV-inə istinadla xəbər verir ki, bu barədə direktiv Filippin Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilib. Sənədin “Philippine Airlines” (PAL), “Cebu Pacific” və “AirAsia” aviaşirkətlərinin reyslərinə şamil edildiyi qeyd edilir.

Bildirilir ki, daxili aviareyslərdən istifadə etmək istəyən sərnişinlər peyvəndin hər iki dozasını almaları barədə yerli hakimiyyət orqanları tərəfindən verilən sənəd və ya peyvənd kartının rəqəmsal versiyasını təqdim etməlidirlər.

Bu qadağanın peyvəndə qarşı əks göstəriciyə malik olan Filippin sakinlərinə və səhiyyə müəssisələrində çalışanlara tətbiq olunmayacağı qeyd edilir. Bununla yanaşı, onların müvafiq sənəd təqdim etməli olduqları bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.