MƏDƏNİYYƏT


Film layihələri müsabiqəsi yekunlaşıb

Bakı, 30 aprel, AZƏRTAC

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya filmi layihələri müsabiqəsinin sonuncu – pitçinq (layihələrin müəlliflər tərəfindən təqdimatı) mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Film Fondunda keçirilən tədbirdə kinorejissor, Xalq artisti Vaqif Mustafayevin rəhbərlik etdiyi münsiflər heyəti təqdimatları izləyib, müəllifləri dinləyib.

Ölkəmizdə bu qəbil müsabiqələr tarixində ilk dəfə prosesi geniş ictimaiyyət də izləmək imkanı qazanıb. Layihələrin təqdimatı Dövlət Film Fondunun rəsmi yutub kanalında canlı yayım formatında nümayiş etdirilib.

Qeyd edək ki, pitçinqdə müsabiqənin bədii seçim mərhələsindən keçmiş 26 layihə (12 bədii film, 8 sənədli film, 6 animasiya filmi layihələri) təqdim olunub. Onlardan 19-u isə müstəqil prodüser mərkəzləri, 6-sı dövlət studiyaları, 1-i televiziya kanalı tərəfindən təqdim edilmişdi.

Pitçinqin nəticələri – münsiflər tərəfindən seçilən layihələr bu gün Mədəniyyət Nazirliyinin internet saytında, eləcə də “Mədəniyyət” qəzetinin saytında elan ediləcək. 5 bədii, 4 sənədli, 1 animasiya filminin seçilməsi nəzərdə tutulur.

Qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

Müsabiqə kinematoqrafiya sahəsində yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, Vətən müharibəsindəki Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə təşkil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.