İDMAN


Finlandiya 2022-ci ildə badminton üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Bakı, 23 fevral, AZƏRTAC

Finlandiya 2022-ci ilin aprelində qadın və kişi badmintonçular arasında keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı açıqlama verən Avropa Badminton Konfederasiyasının baş katibinin müavini Cimmi Andersen koronavirus pandemiyası səbəbindən mövcud məhdudiyyətlərə baxmayaraq Finlandiyanın həm Avropa çempionatına, həm də bu ilin fevral ayında keçiriləcək U-15 qitə birinciliyini qəbul edə biləcəyindən məmnunluğunu ifadə edib. O deyib: “Ümid edirik ki, 2022-ci ildə vəziyyət indiki kimi olmayacaq və azarkeşlər yarışları zalda izləyə biləcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.