İQTİSADİYYAT
Finlandiyalı alim iqtisadiyyat üzrə Nobel mükafatı laureatı olub
Helsinki, 11 oktyabr, AZƏRTAC
Finlandiyalı iqtisadçı Bengt Holmstrom amerikalı həmkarı Oliver Hartla birlikdə Nobel mükafatı alıb. B.Holmstrom bu nüfuzlu mükafata layiq görülən beşinci findir.
Nobel Komitəsindən bildiriblər ki, mükafat B.Holmstrom və O.Harta “kontraktlar nəzəriyyəsinin öyrənilməsinə töhfəyə” görə verilib. Laureatlar real həyatda rast gəlinən müxtəlif növ razılaşmaların (kontraktların) başa düşülməsi üçün yeni nəzəri vasitələr hazırlayıblar.
İsveç Kral Elmlər Akademiyası qaliblərin adlarını oktyabrın 10-da açıqlayıb.
67 yaşlı B.Holmstrom Helsinkidə anadan olub, 1994-cü ildən Massaçusets Texnologiya İnstitutunun professorudur. Bundan əvvəl isə Yel Universitetinin professoru olub.
Yazıçı Frans Emil Sillanpyaya, kimyaçı Artturi Tiivari Virtanen və fizioloq Raqnar Qranit də fin mənşəli Nobel mükafatı laureatlarıdır.
Oktyabrın 13-də ədəbiyyat üzrə Nobel mükafatçısının adı bilinəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki