DÜNYA


Finlərin əksəriyyəti İsveçi gözləmədən NATO-ya üzvlüyü dəstəkləyir

Finlərin əksəriyyəti İsveçi gözləmədən NATO-ya üzvlüyü dəstəkləyir

Bakı, 2 fevral, AZƏRTAC

Finlandiya əhalisinin yarıdan çoxu hesab edir ki, onların ölkəsi İsveçin ərizəsinin ratifikasiya olunacağını gözləmədən NATO-ya qoşulmalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat yanvarın 30-dan fevralın 1-dək keçirilən sosioloji sorğunun nəticələrində əksini tapıb.

Sorğu iştirakçılarının yarıdan çoxunun (53 faiz) fikrincə, Finlandiyanın NATO-ya üzvlüyü İsveçin ərizəsinin ratifikasiyasından asılı olmamalıdır. Respondentlərin 28 faizi isə Şimali Atlantika Blokuna İsveçlə birlikdə girməyin tərəfdarı olduğunu bildirib. Rəyi soruşulan vətəndaşların 19 faizi isə məsələyə münasibət bildirməkdə çətinlik çəkib.

Sorğuda 18 yaşdan 79 yaşa qədər mindən çox Finlandiya vətəndaşı iştirak edib.

Qeyd edək ki, İsveçin Şimali Atlantika Alyansına üzvlüyü məsələsi sual altındadır. Belə ki, fevralın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyası fraksiyasının parlamentdəki iclasında çıxışı zamanı İsveçin NATO-ya üzvlüyünün ratifikasiya olunmayacağını, Finlandiyanın üzvlüyü ilə bağlı isə müsbət qərar verilə biləcəyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.