CƏMİYYƏT


Firdovsi Əliyev: Ermənilər Cəbrayıl rayonunda 100 min hektardan artıq ərazini dəfələrlə yandırıb, məhv ediblər

Cəbrayıl, 13 aprel, AZƏRTAC

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində ekoloji terrorlar törədiblər.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O qeyd edib ki, digər ərazilər kimi Cəbrayıl rayonu da uzun illər ekoloji terrora məruz qalıb: "Cəbrayıl rayonunun girişində 12 hektar tut bağı olub. Həmin ərazi 1970-ci ildə baramaçılığın inkişafı üçün yaradılmışdı. Cəbrayıl rayonu işğala qədər ildə 240 ton barama istehsal edib. Ermənilər həmin tut bağlarını məhv edib, dəfələrlə yandırıblar. İşğala qədər Qubadlı rayonu ildə 70, Zəngilan 98, Cəbrayıl isə 240 ton barama istehsal edib".

F.Əliyev bildirib ki, ermənilər Cəbrayıl rayonunda 100 min hektardan artıq ərazini dəfələrlə yandırıb, məhv ediblər. Dünya ictimaiyyəti mənfur qonşularımızın törətdiyi ekoloji terroru görməlidir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.