ELM VƏ TƏHSİL
Fizika və ədəbiyyat fənləri üzrə qiymətləndirmə tapşırıqları müzakirə edilib
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də Dövlət İmtahan Mərkəzində fizika və ədəbiyyat (rus bölməsi) fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 8-ci sinif fizika və 9-cu sinif ədəbiyyat (rus bölməsi) dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçaları dərsliklərlə müqayisəli təhlil olunub. Təhlil nəticəsində kitabçaların məzmununda təkmilləşmələr aparılıb, dərsliklərdəki dəyişikliklər nəzərə alınıb.
Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.