İQTİSADİYYAT


Fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə gəlir vergisi necə hesablanır?

Bakı, 13 oktyabr, AZƏRTAC

Vergi Məcəlləsinə görə, muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq mümkün olmadıqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ölkə üzrə ötənilki orta aylıq əməkhaqqı əsasında hesablayır.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə iqtisadçı ekspert Anar Bayramov bildirib: “Məsələn, vergi orqanı keçirdiyi vergi nəzarəti tədbirləri nəticəsində vergiödəyicisində əmək müqaviləsi olmayan fəhlənin çalışdığını müəyyən edir. Vergi orqanı həmin fəhlə ilə eyni əmək funksiyasına və iş rejiminə malik əmək müqaviləsi olan şəxs müəyyən etdikdə əlaqəli məlumatlardan istifadə etməklə gəlir vergisini hesablaya bilər. Əks halda, vergi orqanı gəlir vergisinin məbləğini ölkə üzrə ötənilki orta aylıq əməkhaqqı əsasında hesablaya bilər”.

İqtisadçı qeyd edib ki, vergi orqanı məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və könüllü tibbi sığorta məbləğini də ötən ilin ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisi əsasında hesablayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.