ELM VƏ TƏHSİL
Fiziologiya İnstitutunda bu il yerinə yetiriləcək elmi-tədqiqat işlərinin planı müzakirə edilib
Bakı, 18 yanvar, AZƏRTAC
AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda institutun icraçı direktoru fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.
İclasda sində bu il institutda yerinə yetiriləcək elmi-tədqiqat işlərinin əhatəli planı müzakirə edilib və yekdilliklə qəbul olunub.
Sonra Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru akademik Q.V.Trubnikovun AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimova ünvanladığı məktubun məzmunu şura üzvlərinin diqqətinə çatdırılıb və təklif olunan birgə məqsədli kadr hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda institutda çalışan işçilərin attestasiyadan keçirilməsi, biologiya üzrə fəlsəfə doktoru Şövqi Hüseynovun ABŞ-ın Buffalo Universitetində elmi ezamiyyət müddətinin uzadılması haqqında məsələlər müzakirə olunub.