ELM VƏ TƏHSİL
Folklor İnstitutunun direktoru tələbələrə ustad dərsi keçib
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Bakı Mühəndislik Universitetinin tələbələrinə “Xalq gülüşü” mövzusunda ustad dərsi keçib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, xalq gülüşünün poetikası, folklorda ciddilik və komizm kimi məsələlərlə bağlı M.İmanovun nəzəri fikirləri böyük maraqla qarşılanıb, geniş diskussiyaya səbəb olub.
Sonda institutun direktoru tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, bu cür dərslər AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]