İDMAN


Formula 1 Azərbaycan Qran-Prisinin startında həyəcanlı anlar yaşanıb VİDEO

Bakı, 29 aprel, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisinin startında həyəcanlı anlar yaşanıb.

AZƏRTAC xəbər verir ki, start verilən kimi birinci dövrədəcə iki pilot mübarizəni dayandırmalı olub. “Force India” komandasının pilotu Eseteban Okon və “Williams” komandasının pilotu Sergey Sirotkin qəza törədiblər. Nəticədə hər iki pilotun bolidi yararsız hala düşüb. Hər iki pilot birinci döngəni tamamlamadan yarışda mübarizəni dayandırıblar.

“McLaren” komandasının pilotu Fernando Alonso isə yarış zamanı bolidinin ön və arxa təkəri partlasa da, pit-stopa gedərək təkərləri dəyişə bilib və mübarizəni davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.