İDMAN


Formula 1: İmola 2025-ci ilədək müqavilə imzalamağa hazırdır

Bakı, 8 oktyabr, AZƏRTAC

Emiliya-Romanya regionunun rəhbəri Stefano Bonaççini Enzo və Dino Ferrari adına trasın 2025-ci ilədək Formula 1 mərhələlərinə ev sahibliyi etməsi ilə bağlı razılığın əldə edildiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Stefano Bonaççini İmoladakı iki eksperiment xarakterli Qran-Pridən sonra yarışın müntəzəm keçirilə biləcəyini qeyd edib. O, vurğulayıb ki, İmola 2025-ci ilədək müqavilə imzalamağa hazırdır.

Qeyd edək ki, İmoladakı yarış Formula 1 pandemiya səbəbindən Avropa mərhələlərinin sayını artırmaq məcburiyyəti səbəbindən təqvimə qayıdıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.