İDMAN


Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin biletləri satışa çıxarılıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin biletləri satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, yarışın təşkilatçıları biletlərin əvvəlcədən planlaşdırıldığı kimi 40 deyil, 100 faiz satışının həyata keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, dekabrın 3-5-də krallıqda ilk dəfə keçiriləcək Formula 1 dünya çempionatının 21-ci mərhələsi dünyanın ən uzun məsafəli və sürətli şəhər halqasında baş tutacaq. Belə ki, 6175 kilometr uzunluğunda olan Ciddə şəhər halqası pilotlara sürəti saatda 322 kilometrə çatdırmağa imkan verəcək. Qırmızı dənizin sahilləri boyu uzanan trasda yürüşün axşam saatlarında, neon işıqları fonunda keçirilməsi nəzərdə tutulur. Şəhər halqasının dizaynı “Tilke Engineers” və F1-in mühəndislik şöbəsi tərəfindən tərtib olunub. Layihədə trasın ətraf yollarla kəsişməsi istisna edilib və bu, sürəti maksimum həddə çatdırmağa imkan verir. Bu səbəbdən Ciddə halqası şəhər trasları arasında ən orijinalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.