İDMAN
Formula 1: Zandfort avtodromu Hollandiya Qran-Prisini martın 31-dək keçirməlidir
Bakı, 6 fevral, AZƏRTAC
İnternet saytlarında yayılan sənəddə deyilir ki, Formula 1 rəhbərliyi Zandfort avtodromunun qarşısında Hollandiya Qran-Prisini martın 31-dək keçirmək öhdəliyini qoyub.
AZƏRTAC “GPblog” portalına istinadla xəbər verir ki, Formula 1 rəhbərliyinin məktubunda Zandfort avtodromuna Hollandiya Qran-Prisinin martın 31-dək keçirilməsi ilə bağlı müstəsna səlahiyyət verilib. Beləliklə, güman etmək olar ki, Zandfort Niderlandda Formula 1 mərhələsinin keçirilməsi hüququ uğrunda mübarizədə Assena avtodromunu qabaqlayır.
Sənəddə deyilir: “Bu sənədin əsasında “Formula One World Championship Limited Zandvoort” Zandfort avtodromuna və “Sportvibes”ə göstərilən müddətdə müstəsna hüquq verir. Zandfort avtodromu və “Sportvibes”lə saziş bu vaxtadək imzalanmazsa, biz yürüşlərin keçirilməsi üçün Niderlandın hüdudlarından kənarda ölkə, şəhər və region axtarışını davam etdirəcəyik”.