İDMAN
Formula 1 avtomobillərindən buraxılan çirkli hava axını 2021-ci ildə 5 dəfə azalmalıdır
Bakı, 11 mart, AZƏRTAC
Formula 1-in idman direktoru Ross Braun qeyd edib ki, digər təqibçi bolid tərəfindən sıxma qüvvəsinin itməsi ilə bağlı problemlərin həll edilməsində seriya rəhbərliyi irəliləyişə nail olub. Bu, yürüşlərin gedişində ötmə əməliyyatlarının sayına təsirini göstərməlidir.
AZƏRTAC xəbər verir ki, R.Braun böyük fərqə müvəffəq olduqlarını bildirib. İki korpus geri qalan hazırkı bolidlə təqibçi sıxma qüvvəsinin təxminən 50 faizini itirir. İşlənib hazırlanma prosesində olan həmin bolid sıxma qüvvəsinin cəmi 10 faizinin itirilməsinə şərait yaradır. Bu, hazırda mövcud olan bolidlə müqayisədə böyük təkmilləşmədir.
“Mən bizə sıxma qüvvəsinin dərəcəsinin azaldılması və mexaniki qoşulmaya güvənilməsi təqdirində hamının rəqabət apara biləcəyi barədə eşitmişəm. Problem ondadır ki, o halda bolidlərin sürəti aşağı düşəcək. Yarışlarda ruh yüksəkliyini yaradan məhz Formula 1 maşınlarının sürətidir. Biz sürətin itirilməsini istəmirik. Biz bu bolidlərin planetdə ən sürətli olmasını istəyirik. Buna isə yalnız aerodinamika ilə müvəffəq ola bilərik. Belə ki, biz problemin sıxma qüvvəsini qoruyub saxlamağa imkan verən həllini tapmalıyıq”, - deyə “Motosport” Rossa Braundan sitat gətirir.