İDMAN
Formula 1 üzrə dünya çempionu virtual “SRO E-Sports GT Series” çempionatında iştirak edəcək
Bakı, 23 aprel, AZƏRTAC
2009-cu ildə Formula 1 üzrə dünya çempionu olan Censon Batton virtual “SRO E-Sports GT Series” çempionatında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, sabiq çempion yarışda “McLaren 720S GT3” adlı bolidlə mübarizə aparacaq və öz komandası – “Jenson Team Rocket RJN”i təmsil edəcək.
C.Batton ilə yanaşı, çempionatda sabiq Formual 1 pilotu Vitantonio Liutsi də yarışacaq. Pilot Formula 1 üzrə dünya çempionatında “Red Bull Racing”, “Toro Rosso”, “Force İndia” və HRT komandalarının şərərfini qoruyub.
Çempionatın birinci yarışı aprelin 26-də Silverstoun avtodromunda təşkil olunacaq. Daha sonra Spa, Nyurburqrinq və Barselona mərhələlərinin keçirilməsi nəzərdə tutulub. Çempionatın finalı isə iyunun 14-də azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək trasda baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:26]
Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb
- 26.04.2024 [23:07]
Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]