İDMAN


“Formula-1” yürüşlərinin dörd pilotu dünyanın ən varlı yüz idmançısının siyahısına daxil edilib

Bakı, 9 iyun, AZƏRTAC

“Forbes” jurnalının versiyası üzrə dünyanın ən varlı yüz idmançısının siyahısına “Formula-1” yürüşlərinin dörd pilotu da daxil edilib.

AZƏRTAC www.championat.com saytına istinadla xəbər verir ki, “Kral yürüşləri”ndə üç dəfə çempion olmuş Luis Hemilton bu yürüşlərin ən varlı nümayəndəsidir. Sərvətinin məbləği 46 milyon dollar dəyərləndirilən Hemilton siyahıda 11-ci yeri tutur.

Bu reytinqə daxil edilmiş digər üç pilot Sebastyan Fettel (41 milyon dollar, 19-cu yer), Fernado Alonso (46 milyon dollar, 24-cü yer) və Niko Rosberqdir (21milyon dollar, 98-ci yer).

Siyahıda birinci yeri Madridin “Real” komandasının futbolçusu Kriştianu Ronaldu (88 milyon dollar), sonrakı iki yeri isə “Barselona”nın futbolçusu Lionel Messi (81,4 milyon dollar) və “Klivlend Kavalyers”in basketbolçusu Lebron Ceyms tutur (77,2 milyon dollar).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.