CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bakı, 13 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd yüksək saylı çağırışla əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin yanğından mühafizə bölmələri ilə birgə Bakı şəhərinin Nizami, Xətai və Suraxanı Rayon Yanğından Mühafizə hissələri, 1 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri, habelə təcrübə keçmələri məqsədilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının 4-cü kurs müdavimləri cəlb olunub.

Təlim zamanı neft məhsulu saxlanılan çəndə baş vermiş şərti yanğın qısa müddətdə “söndürülüb”.

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.