CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

Bakı, 29 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş Əməliyyat idarəsinin təşkilatçılığı və nazirliyin Qarabağ Regional Mərkəzinin koordinatorluğu ilə iyulun 27-28-də Mərkəzin və onun əhatə etdiyi ərazidə yerləşən FHN-in qurumlarının struktur bölmələri ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda birgə qərargah məşqi keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birgə qərargah məşqinin keçirilməsində əsas məqsəd Qarabağ Regional Mərkəzinin əhatə etdiyi ərazidə əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, baş verə biləcək fövqəladə hadisələr zamanı çevik və effektli qərarların qəbul olunması, əhalinin vaxtında xəbərdar edilməsi, zamanında zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üzrə rəhbər və zabit heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də ərazidə fəaliyyət göstərən qurumların fəaliyyətinin koordinasiyasının daha da yaxşılaşdırılması olub.

Birgə qərargah məşqi zamanı verilən əməliyyat tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Məşqin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, yaranan suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.