SİYASƏT


Fransa Qarabağda yaşayan ermənilərin separatizmə meyil etməsinə dəstək verir

Fransa Qarabağda yaşayan ermənilərin separatizmə meyil etməsinə dəstək verir

Bakı, 15 mart, AZƏRTAC

Korsika dilinin qadağan edilməsi bəşəriyyət üçün rüsvayçı hadisədir. Fransa dünyada ən böyük müstəmləkəçi siyasət yeridən ölkədir. Bütün dünyada buna son qoyulsa da, Fransa yeni müstəmləkəçilik siyasətini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikri “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində QHT-lərin təşəbbüsü ilə keçirilən “Korsika məsələsi və təməl insan hüquqlarının pozulması” adlı ictimai müzakirə zamanı Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.

"Təəssüf ki, Fransa bu gün, sözün həqiqi mənasında, dini müstəmləkə siyasətinin mərkəzi kimi təəssürat bağışlayır. Fransanın milli azlıqlara qarşı təməl prinsipləri pozması, ölkədə bu yöndə cinayətlərin törədilməsi geniş vüsət alıb. Hesab edirəm ki, Korsika məsələsi məhz bu mövzuda həyəcan təbilidir. Bütün bunların fonunda, Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın suveren ərazisində qondarma bir dövlətin qondarma haqlarını müdafiə edir. Fransa başqa ölkələrin daxili işlərinə qarışır. Bu gün Qarabağda yaşayan ermənilərin də separatizmə meyil etməsi üçün dəstək verir”, - Milli Məclisin deputatı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.