CƏMİYYƏT


Fransa mətbuatı azərbaycanlı cazmenin konsertindən yazıb

Fransa mətbuatı azərbaycanlı cazmenin konsertindən yazıb

Bakı, 6 dekabr, AZƏRTAC

Fransa mətbuatında “Azərbaycan etno-cazı Parisdə təqdim olunub” sərlövhəli məlumat yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın ən istedadlı cazmenlərindən, pianoçu-bəstəkarlarından biri olan Etibar Əsədli “Muğam” adlı yeni albomunu təqdim etmək üçün məşhur “Baiser Salé” caz klubunda çıxış edib.

“Muğam” albomunda ənənəvi Azərbaycan kompozisiyalarının caz ritmlərində təqdim edildiyi, etno-caz gecəsinin yer üzündə müharibələr əleyhinə, sülh naminə həmrəyliyə həsr olunduğu diqqətə çatdırılıb.

Akustik və elektron səslərin birləşdirildiyi caz-muğamı təqdim edən tanınmış musiqiçinin beynəlxalq müsabiqələrin qalibi olduğu, Azərbaycan, İsveçrə, Fransa, Böyük Britaniya, Türkiyə, Ukrayna və Bolqarıstanda keçirilən müxtəlif caz festivallarının səhnələrində solo, trio və kvartetlə çıxış etdiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.