ELM VƏ TƏHSİL
Fransa səfirliyi UNEC-də təqdimat keçirib
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Fransa səfirliyi tərəfindən bu ölkədə təhsil almağa dair məlumat günü keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, təqdimatda Fransa səfirliyinin universitet əlaqələri və elmi əməkdaşlıq üzrə attaşesi, “Campus France”ın koordinatoru Auqustin Huot De Saint-Albin və Fransada təhsil almış UNEC məzunu Faiq Xasayev iştirak ediblər.
Səfirliyin nümayəndəsi Fransanın ali təhsil müəssisələrinə qəbul qaydaları, təqaüd imkanları, mübadilə və ikili diplom proqramları haqqında ətraflı məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]