DÜNYA


Fransada 350 xəstə üzərində gizlin klinik sınaq aparılıb

Paris, 20 sentyabr, AZƏRTAC

Fransanın Vienn departamentinin Puatye şəhərində Müqəddəs-Xaç (Saint-Croix) abbatlığında 350 Parkinson və Altsheymer xəstələrinin müalicəsi üçün naməlum təsirli molekullardan istifadə edilərək göstərilən qeyri-qanuni müalicə aşkarlanıb. Bu qeyri-qanuni sınaq müalicə üsulunun aparılması sentyabr ayının əvvəlində xəstələrin qanının analizi zamanı laboratoriyada aşkarlanıb.

Analizin nəticələri bu xəstələrə yuxu üçün məsləhət görülən, ancaq əlavə təsirlərinə görə bəzi xəstələrə qadağan olunan melatonin hormonlarına oxşar molekullar verildiyi aşkarlanıb.

Fransa Səhiyyə naziri Anyes Büzen Müqəddəs-Xaç abbatlığında göstərilən bu “vəhşi müalicə”dən dəhşətə gəldiyini bildirərək, bunun çox “ciddi səhv” olduğunu deyib.

Abbatlıqda göstərilən müalicə üsulu Josefa Fondasyonu tərəfindən aparılıb. Fondasyonun vitse-prezidenti Professor Anri Juayö ölkədə peyvənd əleyhinə sərt mövqe tutması ilə tanınır.

“Vəhşi klinik sınaq”ların keçirilməsinin aşkar edilməsindən sonra Dərman Agentliyi (ANSM) məhkəməyə müraciət edib və işlə bağlı təhqiqata başlanılıb. Qeyri-qanuni müalicə aparanları ən azı 15 min avro cərimə və bir il həbs cəzası gözləyir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.