DÜNYA
Fransada Zəhmətkeşlər Günündə 164 mindən çox nümayişçi olub VİDEO

Paris, 2 may, AZƏRTAC
Fransa Daxili İşlər Nazirliyi Zəhmətkeşlər Günü ilə bağlı keçirilən nümayişə ölkə üzrə 164 mindən çox, Parisdə isə 28 min nümayişçinin qatıldığını bildirib. Həmkarlar İttifaqı isə bu rəqəmin 310 min olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, bir çox media qurumları tərəfindən müstəqil aparılan hesablamalara görə, Parisdə 40 min nümayişçi olub.
Nümayişçilərlə qarşıdurmada polis gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib. Polis tərəfindən 330-u Parisdə olmaqla 380 nəfər dindirilib, 210-nu Parisdə olmaqla 250 nəfər müvəqqəti saxlanılıb. Parisdə 17 mindən çox yoxlama aparılıb.
Nümayişçilərdən 24, polislərdən isə 14 nəfər yaralanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 28.09.2023 [17:51]
Ukrayna ordu üçün 125 mindən çox dron alıb
- 28.09.2023 [17:01]
Honkonq bu il Rusiyadan qızıl idxalını 10 dəfə artırıb
- 28.09.2023 [16:49]
Türkiyənin təhlükəsizlik qüvvələri sentyabrda 58 terrorçunu zərərsizləşdirib
- 28.09.2023 [15:17]
Ermənistan Rusiyaya Roma statutu ilə bağlı ikitərəfli saziş təklif edib
- 28.09.2023 [14:40]
“Mitsubishi” Çindəki istehsalını dayandırmağı planlaşdırır
- 28.09.2023 [13:39]