Fransada etirazçılar 11 yanacaq anbarının yolunu kəsib
AzerTAg.az
Bakı, 3 dekabr, AZƏRTAC
Fransada etirazçılar “Total” neft-qaz kompaniyasının 11 yanacaq anbarının yolunu bağlayıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, nəticədə “Total” kompaniyasının ölkədəki 2200 yanacaqdoldurma stansiyasının 75-də yanacaq qıtlığı müşahidə edilir.
Xatırladaq ki, Fransada benzinin qiymətinin bahalaşmasına etiraz edən “Sarı jilet”lər hərəkatının kütləvi aksiyaları noyabrın 17-də başlayıb. Dekabrın 1-də baş tutan etiraz aksiyaları nümayiş iştirakçıları ilə polis arasında toqquşmalarla müşayiət olunub. Fransa paytaxtını bürüyən iğtişaşlar nəticəsində 412 nəfər saxlanılıb, 133 nəfər, o cümlədən 23 polis əməkdaşı yaralanıb.
Fransa hökuməti etiraz aksiyası zamanı baş verənlərlə bağlı yaxın günlərdə
parlamentin aşağı və yuxarı palatalarında debatlar keçirməyi təklif edib.

Xəbərin mətnində orfoqrafik səhv var