MƏDƏNİYYƏT


Fransada keçirilən mədəniyyət forumunda ölkəmiz də təmsil olunub VİDEO

Paris, 12 sentyabr, AZƏRTAC

Parisin 15-ci rayonunda ənənəvi “Assosiasiyalar Forumu” adlı mədəniyyət tədbiri keçirilib. Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) Azərbaycanı forumda təmsil edib.

AZƏRTAC xəbər verir ki, ilin başlanğıcında ənənəvi olaraq “Assosiasiyalar Forumu” mədəniyyət tədbiri sentyabrın 12-də 15-ci rayonun meriyasının qarşısında təşkil olunub.

Tədbirdə Fransada fəaliyyət göstərən müxtəlif assosiasiyalar iştirak ediblər. Ziyarətçilərə assosiasiyalar haqqında məlumat verilərək, onların illik proqramları təqdim edilib.

ADFA-nın stendində Azərbaycan tarixi və mədəniyyətinə dair kitablar, mədəniyyətimizi əks etdirən milli əşyalar, geyimlər, eləcə də milli şirniyyatlarımız təqdim olunub.

ADFA-nın stendini ziyarət edənlərə assosiasiya, onun fəaliyyəti, eləcə də tariximiz və mədəniyyətimiz haqqında ətraflı məlumatlar verilib.

Stendləri ziyarət edən və assosiasiyaların fəaliyyəti ilə maraqlanan Paris 15-ci rayonunun meri Filip Qujon ADFA-nın stendində nümayiş olunan kitablarla maraqlanıb. Merə Azərbaycan haqqında məlumat verilib, tarix və mədəniyyətimizə dair kitablar hədiyyə edilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.