DÜNYA


Fransada “sarı jilet”lər aksiyasının altıncı mərhələsi başlayıb VİDEO

Paris, 22 dekabr, AZƏRTAC

Fransada “sarı jilet”lər aksiyasının altıncı mərhələsi başlayıb.

AZƏRTAC xəbər verir ki, aksiyaçılar Parisdə turistlərin daha çox ziyarət etdikləri Montmartre məhəlləsindəki “Sacre Coeur” kilsəsinin və Versal sarayının qarşısına toplaşıblar. Etirazçılar tərəfdaşlarını sosial şəbəkələr vasitəsilə bu gün səhər bu məhəlləyə toplaşmağa çağırıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları və zirehli maşınlar yenidən səfərbər edilib. Polis aksiyaçıların olduğu məhəllələrdə ticarətçilərə mağazalarını bağlamağı məsləhət görüb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.